"Barselona" Rodrini transfer etməyə çox yaxındır
İspaniyanın "Barselona" klubu "Mançester Siti"nin və İspaniya milli komandasının yarımmüdafiəçisi Rodrinin keçidini başa çatdırmaq üzrədir.
Operativ Media xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.
Məlumata görə, Kataloniya təmsilçisi təcrübəli futbolçu ilə şəxsi müqavilənin şərtlərini artıq razılaşdırıb. Şəhərlilər və "Barselona" arasında keçirilən danışıqlar da yekun mərhələyə daxil olub. Tərəflər transferin maliyyə detalları üzrə demək olar ki, razılığa gəlsələr də, sövdələşmənin son bir neçə nüansını dəqiqləşdirməlidirlər.
Prosesdə hər hansı yeni fikir ayrılığı yaranmazsa, ispaniyalı havbək gələn həftədən "Barselona"nın düşərgəsinə qoşula bilər. Kataloniyalılar onu növbəti mövsüm üçün komandanın əsas heyətini gücləndirəcək əsas oyunçulardan biri kimi görürlər.
Qeyd edək ki, 2019-cu ilin yayında Madrid "Atletiko"sundan 70 milyon avroya "Mançester Siti"yə keçən Rodri, ötən mövsüm meydana çıxdığı 33 matçda 2 qolla yadda qalıb.