Menyu

Yol Polisi velosipedçilərə müraciət edib

Operativ Media
Yol Polisi velosipedçilərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi velosipedçilərə müraciət edib.

Bu barədə Operativ Media-ya İdarədən məlumat verilib.

Bildirilib ki, ölkəmizdə velosipeddən istifadənin genişlənməsi müsbət haldır. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, velosipedçilər də yol hərəkətinin digər iştirakçıları kimi müəyyən edilmiş qaydalara riayət etməli, özlərinin və digər hərəkət iştirakçılarının təhlükəsizliyinə məsuliyyətlə yanaşmalıdırlar.

Müşahidələr göstərir ki, bəzi hallarda velosipedçilər tərəfindən yol hərəkəti qaydalarının pozulması təhlükəli vəziyyətlərin yaranmasına səbəb olur. Bu cür hallar müxtəlif dərəcəli xəsarətlərlə, hətta insan həyatı üçün ağır nəticələrlə yekunlaşa bilər. Baş Dövlət Yol Polisi İdarəsi velosiped idarə edən şəxslərə bir sıra vacib məqamları xatırladır: 

Velosiped sürərkən mobil telefondan istifadə etmək, xüsusilə əlləri sükandan çəkərək telefonla danışmaq yolverilməzdir. Bu cür davranış diqqətin yayınmasına və velosiped üzərində nəzarətin itirilməsinə səbəb olmaqla qəza riskini artırır.

İstiqaməti dəyişərkən və yolayrıclarında dönərkən qəfil manevrlərdən çəkinilməli, nəzərdə tutulan manevr barədə digər hərəkət iştirakçıları əvvəlcədən müvafiq qaydada xəbərdar edilməlidir.

Xüsusi velosiped yollarının və zolaqlarının mövcud olduğu ərazilərdə həmin yol və zolaqlardan istifadə edilməli, belə imkan olmadıqda isə yol hərəkəti qaydalarının tələblərinə uyğun olaraq yolun sağ kənarı ilə hərəkət edilməlidir.

Unutmayın: yol hərəkəti qaydalarına riayət etmək yalnız qanunun tələbi deyil, həm də öz həyat və sağlamlığınızı, eləcə də digər hərəkət iştirakçılarının təhlükəsizliyini qorumağın vacib şərtidir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər