Menyu

"Çelsi" Mixail Mudriki başqa kluba icarəyə vermək variantını nəzərdən keçirir

Operativ Media
"Çelsi" Mixail Mudriki başqa kluba icarəyə vermək variantını nəzərdən keçirir

İngiltərənin "Çelsi" klubu ukraynalı vingeri Mixail Mudrikin futbol səhnəsinə qayıdışından sonra daimi oyun təcrübəsi qazanması üçün onu icarəyə göndərməyi planlaşdırır.

​Operativ Media xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.

​Məlumata görə, London təmsilçisi 25 yaşlı futbolçu ilə bağlı digər klublardan gələcək təklifləri dəyərləndirməyə hazırdır. İtaliya komandaları və Fransanın "Strasbur" klubu mümkün variantlar arasında yer alır. Bununla belə, Mudrikin özü karyerasını İngiltərədə davam etdirməyə üstünlük verir və Premyer Liqanın başqa bir təmsilçisinə icarəyə yollanmaq niyyətindədir.

​Xatırladaq ki, 2024-cü ilin dekabrında ukraynalı oyunçunun orqanizmində qadağan olunmuş meldonium maddəsi aşkar edilib. Həmin vaxta qədər hücumçu "Çelsi"nin heyətində çıxış etdiyi 73 rəsmi qarşılaşmada 10 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər