Münasib büdcə ilə harada istirahət etmək olar? - VİDEO
Məzuniyyət və istirahət dövründə əksər insanların ağlına yüksək məbləğdə vəsait tələb edən bahalı hotellər və istirahət mərkəzləri gəlir. Lakin mövcud qiymət artımı fonunda məhdud büdcə ilə də səmərəli və rahat istirahət təşkil etmək mümkündür. Ölkənin müxtəlif regionlarında yerli turistlər üçün fərqli qiymət aralıqlarında təkliflər mövcuddur.
Operativ Media "ATV Xəbər"ə istinadən xəbər verir ki, şimal-qərb bölgəsində yerləşən qonaq evlərində bir nəfər üçün birgecəlik qonaqlama qiymətləri 20–30 manatdan başlaya qiymətlərlə təklif olunur.
Cənub zonasında isə qiymətlər və göstərilən xidmət paketləri fərqlənir. Bu istiqamətdə yerləşən hotellərdə otaqların birgecəlik qiyməti 80 manatdan başlayır.
Turizm eksperti Rəhman Quliyevin sözlərinə görə, paytaxtdan uzaq olan Şəki, Qax, Zaqatala və Balakən bölgələrində aşağı büdcəli istirahət imkanları daha çoxdur. İki nəfər üçün "A-frame" tipli kateclərin bir gecəsi səhər yeməyi daxil olmadan 100 manatdan başlayan qiymətlərlə təklif olunur. Aşağı kateqoriyalı ailəvi istirahət mərkəzlərində isə bir və ya iki nəfərlik otaqların qiyməti 50–70 manat civarındadır.
Bunlarla yanaşı, son dövrlərdə Qarabağ istiqamətinə - Xankəndi, Şuşa, Laçın, Kəlbəcər və Zəngilana turist marşrutlarına maraq əhəmiyyətli dərəcədə artıb. Bu bölgələrdə müşahidə olunan turist fəallığı daxili turizmin ümumi inkişafına müsbət təsir göstərir.
Ətraflı videoda: