Menyu

"Roma" "Portu"nun yarımmüdafiəçisi Rodriqo Moranı transfer etməyə yaxındır

Operativ Media
"Roma" "Portu"nun yarımmüdafiəçisi Rodriqo Moranı transfer etməyə yaxındır
1 dəq oxu

İtaliyanın "Roma" klubu "Portu"nun 19 yaşlı yarımmüdafiəçisi Rodriqo Moranın keçidini həyata keçirmək üzrədir.

​Operativ Media xəbər verir ki, bu barədə insayder Canluka Di Martsio məlumat yayıb.

​Məlumata görə, sənədləşmə işlərində müəyyən gecikmələr yaşansa da, Roma təmsilçisinin rəhbərliyi portuqaliyalı futbolçunun transferinin yaxın vaxtlarda yekunlaşacağına əmindir.

​Klublar arasında əldə olunan razılığa əsasən, İtaliya təmsilçisi ilk olaraq 25 milyon avro ödəyəcək və oyunçunun növbəti satışından 50 faiz pay ayrılacaq. Futbolçu başqa kluba satılmadığı təqdirdə, "Roma" 2027-ci ildə daha 25 milyon avro ödəyərək gələcək satış payı maddəsini ləğv etmək öhdəliyi götürəcək. Gənc yarımmüdafiəçi ilə 5 illik müqavilə bağlanması planlaşdırılır.

​Qeyd edək ki, 2024-cü ilin iyulundan "Portu"nun əsas heyətində çıxış edən Moranın klubu ilə 30 iyun 2030-cu ilə qədər müqaviləsi var. Yarımmüdafiəçi 2025/26 mövsümündə keçirdiyi 44 qarşılaşmada 5 qol vurub və 2 məhsuldar ötürmə müəllifi olub. "Transfermarkt" portalı onun bazar dəyərini 38 milyon avro qiymətləndirir.

Əlaqəli Xəbərlər