Menyu

Tahir Gözel: “Qarabağ"ın potensialına ürəkdən güvənirəm”

Operativ Media
Tahir Gözel: “Qarabağ"ın potensialına ürəkdən güvənirəm”

​"Qarabağ" klubunun prezidenti Tahir Gözel UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Kiyev "Dinamo"suna qarşı keçiriləcək cavab qarşılaşması öncəsi komandanın heyətinə güvəndiyini bildirib və azarkeşlərə dəstək çağırışı edib.

​Operativ Media xəbər verir ki, klub rəhbəri bu barədə klubun rəsmi saytına açıqlama verib.

​Tahir Gözel yeni 2026/27 mövsümünə yüksək hədəflərlə başladıqlarını vurğulayıb. O, komandanın tələbatı nəzərə alınaraq bir neçə mövqeyə yeni futbolçuların cəlb edildiyini və transfer olunan oyunçuların kollektivə fayda verəcəyinə inandığını diqqətə çatdırıb.

​Klub prezidenti baş məşqçi Qurban Qurbanova hər zaman dəstək olduğunu, onunla birlikdə uzun İllər ərzində böyük uğurlar qazanıldıqlarını qeyd edib. O, təcrübəli mütəxəssisin futbol fəlsəfəsinə və komandaya bağlılığına tam güvəndiyini, futbolçuların azarkeşlərə yenidən qürurverici anlar bəxş edəcəyini vurğulayıb.

​Tahir Gözel Kiyev "Dinamo"su ilə keçiriləcək mühüm görüşdə azarkeş dəstəyinin vacibliyinə toxunaraq, fanatları tribunada komandanın yanında olmağa və futbolçuları fəal şəkildə ruhlandırmağa səsləyib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər