Menyu

Lift qəzalarında məsuliyyət kimin üzərinə düşür?

Operativ Media
Lift qəzalarında məsuliyyət kimin üzərinə düşür?

Lift qəzası zamanı məsuliyyətin kimə aid olması texniki xidmət şirkətinin, bina idarəçiliyinin və MTK-ların öhdəliklərini gündəmə gətirir. Belə hallarda qəzanın səbəbi, liftin texniki vəziyyəti, qulluq işlərinin keyfiyyəti və təhlükəsizlik qaydalarına əməl olunub-olunmadığı araşdırılır. Əsas məqsəd isə vətəndaşların təhlükəsiz liftlərdən istifadə hüququnu təmin etməkdir.

Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov Operativ Media-ya bildirib ki, müasir binalarda və ictimai obyektlərdə təhlükəsizlik çox vaxt liftlərin vəziyyətindən asılıdır. Düzgün işləməyən liftlər ciddi risk yaradır.

Onun sözlərinə görə, liftlərdə təhlükəsizlik və sertifikatlaşdırma işləri İqtisadiyyat Nazirliyi yanında Standartlaşdırma və Sertifikatlaşdırma üzrə Dövlət Agentliyinə həvalə olunub. Liftlərin texniki yoxlamaları "Texniki təhlükəsizlik haqqında" Qanuna və müvafiq istismar qaydalarına əsasən aparılır.

Eskalatorlar, kanat yolları və liftlər təhlükə potensiallı obyektlər sayılır. Buna görə də onlar quraşdırılarkən texniki təhlükəsizlik, yanğın, ekoloji və sanitar normalara tam cavab verməlidir. Lift qeydiyyata alındıqdan sonra müfəttiş müayinəsindən keçməli və istismara icazə almalıdır. Həmçinin liftlər ən geci 12 aydan bir dövrü texniki yoxlamadan keçməli və bu barədə onların pasportunda qeyd aparılmalıdır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər