Menyu

“Vest Hem” “Tottenhem”in hücumçusunu transfer etdi

Operativ Media
“Vest Hem” “Tottenhem”in hücumçusunu transfer etdi

İngiltərənin "Vest Hem" klubu "Tottenhem"in hücumçusu Manor Solomon ilə 2029-cu il iyunun 30-dək müqavilə imzalayıb.

​Operativ Media xəbər verir ki, 27 yaşlı israilli futbolçu 2023-cü ildən "Tottenhem"in heyətində yer alırdı və London klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulmuşdu.

​Hücumçu 2025/26 mövsümünü icarə əsasında "Vilyarreal" (11 oyun, 1 qol, 4 məhsuldar ötürmə) və "Fiorentina" (17 matç, 2 qol, 1 ötürmə) klublarında keçirib.

​"Transfermarkt" portalının məlumatına görə, İsrail millisinin üzvünün bazar dəyəri 8 milyon avro qiymətləndirilsə də, "Vest Hem" bu keçid üçün 5,85 milyon avro ödəyib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər