Menyu

"Sabah" və "Orhus" qarşılaşmasının bütün biletləri satılıb

Operativ Media
"Sabah" və "Orhus" qarşılaşmasının bütün biletləri satılıb
1 dəq oxu

​"Sabah" və "Orhus" komandaları arasında keçiriləcək matçın bütün biletləri satılıb.

​Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, azarkeşlərin tribunalara rahat şəkildə daxil olmasını təmin etmək və giriş hissəsində yarana biləcək sıxlığın qarşısını almaq məqsədilə matçın başlamasından ən azı iki saat əvvəl stadionda olmaları tövsiyə edilib.

​Qarşılaşmanın keçiriləcəyi stadionun ərazisindəki Fan Zonada tamaşaçılar üçün müxtəlif əyləncəli tədbirlər, hədiyyələr və sürprizlər təşkil olunacaq.

Əlaqəli Xəbərlər