Menyu

"Qarabağ"ın müdafiəçisi Jeremi Qnali Kipr klubunun maraq dairəsinə düşüb

Operativ Media
"Qarabağ"ın müdafiəçisi Jeremi Qnali Kipr klubunun maraq dairəsinə düşüb
1 dəq oxu

​"Qarabağ"ın fransalı müdafiəçisi Jeremi Qnali karyerasını Kipr çempionatında davam etdirə bilər.

​Operativ Media xəbər verir ki, bu barədə "azerisport.com" portalı məlumat yayıb.

​Məlumata görə, 24 yaşlı sol cinah müdafiəçisinin xidmətində xüsusilə Kiprin "Omoniya" klubu maraqlıdır. Oyunçuya başqa variantların da olduğu bildirilsə də, həmin klubların adları hələlik açıqlanmır.

​Eyni zamanda, fransalı futbolçunun transferinin birbaşa satış, yoxsa icarə müqaviləsi əsasında reallaşacağı barədə də dəqiq məlumat verilməyib.

Əlaqəli Xəbərlər