Moldova Afrika və Latın Amerikası üzrə səfirlər təyin edəcək
Əsəd Abbaslı
Moldova Afrika qitəsi və Latın Amerikası üzrə qeyri-rezident səfirlər təyin etməyi planlaşdırır.
Operativ Media xəbər verir ki, bunu ölkənin xarici işlər naziri və baş nazirin müavini Mixay Popşoy bildirib.
Onun sözlərinə görə, məhdud maliyyə imkanları səbəbindən Moldova hələlik Afrika və Latın Amerikası ölkələrində ayrıca səfirliklər açmaq imkanına malik deyil.
Bu səbəbdən Afrika üzrə səfir Kişinyovda fəaliyyət göstərəcək və il ərzində bir neçə dəfə Keniya, Nigeriya, Cənubi Afrika və digər zəruri ölkələrə səfərlər edəcək.
Popşoy qeyd edib ki, oxşar yanaşma Latın Amerikası üçün də tətbiq olunacaq. Bu region üzrə qeyri-rezident səfir Kişinyovda fəaliyyət göstərəcək.
Nazir həmçinin Moldova ilə Mərkəzi Asiya ölkələri arasında əlaqələrin inkişaf etdiyini bildirib. Onun sözlərinə görə, əvvəllər Moldova bu regionda təmsil olunmasa da, hazırda Mərkəzi Asiyanın keçmiş sovet ölkələri ilə müəyyən münasibətlər qurulub.
Popşoy Avropada, xüsusilə Moldovadan olan böyük diasporun yaşadığı ölkələrdə konsulluq şəbəkəsinin genişləndirilməsinin də vacib olduğunu vurğulayıb. Onun sözlərinə görə, yeni konsulluqların açılması büdcə imkanlarından asılıdır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net