Menyu

Ağırlıqqaldırma yığmasının üzvləri antidopinq seminarında iştirak ediblər

Operativ Media
Ağırlıqqaldırma yığmasının üzvləri antidopinq seminarında iştirak ediblər
1 dəq oxu

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) təlim-məşq bazasında federasiyanın növbəti "Antidopinq maarifləndirmə" seminarı keçirilib.

Federasiyadan Operativ Media-ya verilən məlumata görə, AAF-ın baş həkimi Hüsniyyə Kərimovanın keçdiyi təlimdə yığmanın məşqçilər heyəti və idmançılar iştirak ediblər.

Seminar zamanı antidopinq sahəsində tətbiq olunan qaydalar, idmançıların hüquqları, nümunələrin götürülməsi və başqa məsələlərlə bağlı iştirakçılara geniş məlumat verilib. Daha sonra təlimçi tərəfindən məşqçi və idmançıların sualları cavablandırılıb.

Fotogalereya

Əlaqəli Xəbərlər