ASCO-nun quru yük gəmiləri ilə daşımaları 39% artıb
Şəfa Hüseynli
AZCON Holding şirkətlərindən olan ASCO-nun quru yük gəmiləri ilə daşımalarının həcmi 2026-cı ilin yanvar–iyul aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 39% artıb.
Operativ Media xəbər verir ki, bu barədə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC məlumat yayıb.
Belə ki, 2025-ci ilin ilk 7 ayında quru yük gəmiləri ilə 780 min 366 ton yük daşındığı halda, 2026-cı ilin eyni dövründə bu göstərici 1 milyon 83 min 130 ton təşkil edib.
Təkcə cari ilin iyul ayında quru yük gəmiləri ilə 188 min 825 ton yük daşınıb. Ötən ilin iyul ayında isə bu göstərici 114 min 184 ton olub. Nəticədə, 2026-cı ilin iyulunda daşınan yükün həcmi ötən ilin eyni ayı ilə müqayisədə 74 min 641 ton və ya 65% çox olub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net