PSJ yapon qapıçı üçün 35 milyon avro ödəyə bilər
Operativ Media
"Parma" klubunun qapıçısı Dzion Suzuki Fransa təmsilçisi PSJ-yə transfer olunmağa yaxındır.
Operativ Media xəbər verir ki, tanınmış insayder Fabrizio Romanonun yaydığı məlumata görə, 23 yaşlı yapon qolkiperin keçid dəyəri 35 milyon avro təşkil edəcək.
Məlumata əsasən, Paris klubu 23 yaşlı futbolçunu birillik icarəyə götürmək variantını nəzərdən keçirir və "Yuventus" da əsas iddiaçılar sırasındadır. İcarə müddəti başa çatdıqdan sonra PSJ-ni rusiyalı qapıçı Matvey Safonov və ya Lyuka Şevalienin tərk edə biləcəyi ehtimal olunur.
Qeyd edək ki, 2024-cü ildən "Parma"nın şərəfini qoruyan yaponiyalı oyunçu İtaliya təmsilçisinin heyətində ümumilikdə 59 matçda meydana çıxıb. Bu görüşlərdə o, 83 qol buraxıb və 14 dəfə qapısını toxunulmaz saxlayıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net