Menyu

Abşeron rayonunda silsilə oğurluqlar edən şəxs saxlanılıb

Operativ Media
Abşeron rayonunda silsilə oğurluqlar edən şəxs saxlanılıb
1 dəq oxu

Abşeron rayonu ərazisində fəaliyyət göstərən marketlərdən və evlərdən oğurluq edilməsi barədə polisə məlumat daxil olub. 

Operativ Media xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 61 yaşlı İ.Allahverdiyev saxlanılıb.

Həmçinin onun zərərçəkənlərdən birini aldadaraq 170 manat pul vəsaiti ələ keçirdiyi də müəyyən edilib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Əlaqəli Xəbərlər