XİN Gənclər Günü ilə bağlı paylaşım edib
Operativ Media
Xarici İşlər Nazirliyi (XİN) 12 avqust – Beynəlxalq Gənclər Günü münasibətilə paylaşım edib.
Operativ Media xəbər verir ki, paylaşımda qeyd edilib:
"12 avqust – Beynəlxalq Gənclər Günü münasibətilə gənclərimizi səmimi qəlbdən təbrik edirik. Milli-mənəvi dəyərlərimizin qorunması, ölkəmizin davamlı inkişafı və müasir dövrün çağırışlarına cavab verən güclü Azərbaycan naminə nümayiş etdirdiyiniz fəallıq, təşəbbüskarlıq və əzmkarlıq böyük qürur hissi doğurur. Əminik ki, yüksək bilik və bacarığa, innovativ düşüncəyə və vətənə bağlılığa malik gənclərimiz bundan sonrakı dövrlərdə də dövlətimizin və xalqımızın rifahına, eləcə də ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun daha da möhkəmlənməsinə mühüm töhfələr verəcəklər".
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net