Menyu

"Qalatasaray" və Səudiyyə klubları Folarin Baloqunla maraqlanır

Operativ Media
"Qalatasaray" və Səudiyyə klubları Folarin Baloqunla maraqlanır
1 dəq oxu

Türkiyənin "Qalatasaray" klubu və Səudiyyə Ərəbistanının bir neçə təmsilçisi "Monako"nun hücumçusu Folarin Baloqunun transfer şərtləri ilə maraqlanıb.

​Operativ Media xəbər verir ki, bu barədə insayder Fabritsio Romano "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.

​Mənbənin sözlərinə görə, tərəflər arasında hələlik rəsmi danışıqlara start verilməyib. 25 yaşlı amerikalı futbolçunun knyazlıq təmsilçisi ilə müqavilə müddəti 2028-ci ilə qədər nəzərdə tutulub. "Transfermarkt" portalı onun transfer dəyərini 50 milyon avro qiymətləndirir.

​Qeyd edək ki, ötən mövsüm Baloqun bütün turnirlərdə keçirdiyi 43 matçda 19 qol vurub və 5 məhsuldar ötürmə edib. Hücumçu DÇ-2026-da isə meydana çıxdığı 4 qarşılaşmada 3 dəfə fərqlənib və 1 qol pası verib.

Əlaqəli Xəbərlər