Menyu

Sənaye zonalarına indiyədək 7,2 milyard manatdan çox investisiya yatırılıb

Operativ Media
Sənaye zonalarına indiyədək 7,2 milyard manatdan çox investisiya yatırılıb
1 dəq oxu

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan sənaye zonalarına bu günədək 7,2 milyard manatdan çox investisiya yatırılıb.

İZİA-dan Operativ Media-ya bildirilib ki, sahibkarlar tərəfindən 20,9 milyard manatlıq məhsul istehsal edilərək satılıb, bunun 6,7 milyard manatdan çoxu ixrac olunub.

Hazırda ölkədə fəaliyyət göstərən 9 sənaye parkı, 3 sənaye məhəlləsi və 2 özəl sənaye məhəlləsində sahibkarlar üçün əlverişli biznes mühiti yaradılıb, 11 200-dən çox daimi iş yeri yaradılıb və yüzlərlə layihənin reallaşdırılmasına dəstək verilib.

Sənaye zonalarında indiyədək 148 rezident və 10 qeyri-rezident qeydiyyatdan keçib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər