Menyu

Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair sərəncam imzalanıb

Operativ Media
Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair sərəncam imzalanıb

Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair sərəncam imzalanıb.

Operativ Media xəbər verir ki, Sərəncama əsasən, Muxtar Respublikada alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, yol, nəqliyyat və təhsil infrastrukturunun yenilənməsi, habelə abadlıq-quruculuq işlərinin davam etdirilməsi məqsədilə dövlət və Muxtar Respublika büdcəsindən ümumilikdə 258 milyon manat vəsait ayrılması nəzərdə tutulub.

Vəsaitin qurumlar və sahələr üzrə bölgüsü aşağıdakı kimi müəyyənləşdirilib:

70 milyon manat — Naxçıvanda 156,3 min nəfər əhalinin yaşadığı 26 yaşayış məntəqəsini birləşdirən, ümumi uzunluğu 420 kilometr olan avtomobil yollarının əsaslı təmiri üçün Naxçıvan MR Nazirlər Kabinetinə;

66 milyon manat — Ordubad rayonunun Tivi kəndində Gilançay üzərində ümumi gücü 15,6 MVt olan Tivi Su Elektrik Stansiyasının tikintisinin davamı üçün "Azərenerji" AŞ-yə;

53 milyon manat — şəhərlərarası ictimai nəqliyyat parkının yenilənməsi məqsədilə ilkin mərhələdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə;

25 milyon manat — Naxçıvan Dövlət Universitetində tələbələr üçün 1000 yerlik yataqxana kompleksinin tikintisi üçün Elm və Təhsil Nazirliyinə;

20 milyon manat — Naxçıvan, Ordubad, Şərur, Culfa və Kəngərli rayonlarında ümumilikdə 640 yerlik 5 yeni bağçanın (məktəbəqədər təhsil müəssisəsinin) tikintisi üçün Naxçıvan MR Nazirlər Kabinetinə;

15 milyon manat — Naxçıvan, Şərur, Culfa, Ordubad və Şahbuzda 2164 mənzilli 92 yaşayış binasının tam, 3087 mənzilli 70 binasının isə fasad hissəsinin əsaslı təmiri üçün aidiyyəti icra hakimiyyətlərinə;

9 milyon manat — Naxçıvan, Şərur, Culfa və Ordubad şəhərlərində 5335 mənzilə xidmət göstərən 45 istilik qazanxanasının əsaslı təmiri üçün yerli icra hakimiyyətlərinə.

Sənəddə həmçinin qeyd olunur ki, son dövrlərdə Naxçıvanda Regional DOST Mərkəzi inşa edilib, şəhid ailələri və müharibə əlillərinə 68 mənzil verilib. Eyni zamanda Naxçıvan şəhərində 518 mənzilli sosial evlərin, yeni otel kompleksinin və Naxçıvan Sənaye Parkının tikintisinə başlanması üçün müvafiq tədbirlər görülür.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər