Menyu

Vitinya: “Qızıl top” yenə PSJ futbolçusuna verilməlidir

Operativ Media
Vitinya: “Qızıl top” yenə PSJ futbolçusuna verilməlidir

PSJ-nin yarımmüdafiəçisi Vitinya UEFA Superkuboku uğrunda "Aston Villa"ya qarşı keçiriləcək qarşılaşmadan öncə 2026-cı ildə "Qızıl top" mükafatına yenidən Paris klubunun təmsilçisinin layiq görülməli olduğunu bəyan edib.

​Operativ Media xəbər verir ki, portuqaliyalı futbolçu bu il nüfuzlu mükafata iddialı çoxlu güclü oyunçunun olduğunu diqqətə çatdırıb.

​O, Çempionlar Liqasındakı çıxışına görə Xviça Kvaratsxeliya, uğurlu mövsüm keçirən Usman Dembele və bütün turnirlərdə zəfər qazanan Fabian Ruisin adlarını çəkərək mükafatın məhz PSJ üzvünə təqdim edilməsinin məntiqəuyğun olacağını vurğulayıb.

​Xatırladaq ki, ötən mövsüm Fransa təmsilçisi Çempionlar Liqası, Liqa 1, Fransa Superkuboku, Qitələrarası Kubok və UEFA Superkubokunun qalibi olub. 2025-ci ildə isə "Qızıl top" mükafatını məhz parislilərin vingeri Usman Dembele qazanıb.

​Qeyd edək ki, "PSJ" – "Aston Villa" matçı avqustun 12-də Zaltsburqda baş tutacaq və Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər