"Orhus"un kapitanı: Mübarizədən kənarda qalmağımız ədalətlidir
“Biz məyusuq, amma etiraf etməliyik ki, həddindən artıq səhv etdik. Buna görə də mübarizədən kənarda qalmağımız ədalətlidir”.
Operativ Media xəbər verir ki, bunu Danimarka “Orhus”unun futbolçusu “Sabah”a 0:4 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşündən sonra deyib.
Kapitan “Sabah”ın ilk qolunda özünün etdiyi səhvin böyük rol oynadığını etiraf edib: “Bu, mənim uğursuz ötürməm idi və nəticədə əks-hücum yarandı, “Sabah” ilk qolunu vurdu. Həmin qola görə məsuliyyəti öz üzərimə götürməliyəm”.
23 yaşlı yarımmüdafiəçi komandanın oyununun lazımi səviyyədə olmadığını da vurğulayıb: “Oyunumuzu qurmaqda çətinlik çəkirik. Bəli, sadəcə kifayət qədər yaxşı oynamırıq. Çox top itiririk. Buna görə də Çempionlar Liqasının əsas mərhələsinə yüksəlməyə layiq deyilik”.