Menyu

Ukrayna Rusiyanın dörd hərbi gəmisini vurub

Operativ Media
Ukrayna Rusiyanın dörd hərbi gəmisini vurub

Avqustun 12-nə keçən gecə Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Krasnodar vilayətinin Novorossiysk şəhərində yerləşən hərbi-dəniz bazasına zərbə endirib.

Operativ Media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Ukrayna tərəfinin məlumatına əsasən, zərbələr nəticəsində Rusiyanın dörd hərbi gəmisi zədələnib. Bunların 11356 layihəli "Admiral Makarov" və "Admiral Essen" freqatları, 21631 layihəli "Buyan-M" kiçik raket gəmisi və 22160 layihəli "Vasili Bıkov" patrul gəmisi olduğu bildirilir.

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) qeyd edib ki, "Admiral Makarov" və "Admiral Essen" "Kalibr" qanadlı raketlərinin daşıyıcılarıdır.

Hücum zamanı Krasnodar vilayətində liman və neft infrastrukturlarının bir sıra obyektləri də vurulub. Zərbələrin S-300 zenit-raket kompleksinin tərkibindəki 30N6E radiolokasiya stansiyasına, Novorossiysk limanının 2-ci körpüsündəki mobil atəş qrupuna, "Qruşovaya" neft bazasının "Şeşharis" terminalının tunel portalına, eləcə də 3, 6 və 7 saylı körpülərin infrastrukturuna endirildiyi bildirilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər