Menyu

32 ölkə İrana edam cəzaları ilə bağlı çağırış edib

Operativ Media
32 ölkə İrana edam cəzaları ilə bağlı çağırış edib

Dünyanın 32 ölkəsi və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kayya Kallas birgə bəyanat yayaraq İranda icra edilən edam cəzalarını kəskin pisləyiblər.

Operativ Media xəbər verir ki, sənəd Almaniya Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc olunub.

Sənədi Kanada, Avstraliya, Böyük Britaniya, Yeni Zelandiya, Almaniya, Fransa, İspaniya, İtaliya və digər Avropa ölkələri daxil olmaqla, ümumilikdə 32 dövlət imzalayıb.

Beynəlxalq birlik Tehran rəhbərliyini ölüm cəzasının tətbiqini dayandırmağa və qanunsuz saxlanılan bütün şəxsləri dərhal azad etməyə çağırıb.

“Fərqli düşüncəni boğmaq, icmaları qorxutmaq və insan hüquqlarını həyata keçirən şəxsləri cəzalandırmaq üçün ölüm cəzasının tətbiq edilməsinə heç vaxt bəraət qazandırıla bilməz. İran xalqı öz söz azadlığı və dinc toplaşmaq hüquqlarını heç bir qorxu olmadan, sərbəst şəkildə həyata keçirə bilməlidir”.

Qeyd edək ki, BMT-nin məlumatına görə, martın 19-dan bəri ölkədə milli təhlükəsizliyə təhdid ittihamı ilə azı 56 nəfər edam edilib ki, onların da 27-si yanvar etirazlarında iştirak edənlər olub. 

Hazırda 100-dən çox şəxs oxşar ittihamlarla edam hökmünü gözləyir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər