FT: Böyük Britaniya Afrika ölkələrinə birbaşa yardımı 40%-dən çox azaldacaq
Böyük Britaniya Suriya da daxil olmaqla bir sıra Afrika ölkəsinə birbaşa iqtisadi yardımı 40%-dən çox azaldacaq və bu məqsədlər üçün ayırdığı vəsaiti ümumi milli gəlirin (ÜMM) 0,5%-dən 0,3%-ə endirəcək.
Operativ Media xəbər verir ki, bu barədə "Financial Times" (FT) qəzeti məlumat yayıb.
London ötən il də vəsaitləri müdafiə və təhlükəsizliyin gücləndirilməsinə yönəltmək üçün oxşar qərar qəbul etmişdi. Nəşrin məlumatına görə, ümumilikdə, Afrika və digər ölkələrdəki proqramlara ayrılan Britaniya yardımının həcmi 43% azaldılacaq - 2024-2025 maliyyə ilində (31 martda başa çatan) 3,14 milyard funt sterlinqdən (4,24 milyard dollar) 2028-2029-cu illərdə 1,79 milyard funt sterlinqə (2,42 milyard dollar) qədər.
Ən çox təsirlənən Afrika ölkələri Syerra-Leone (83%), Somali (49%) və Cənubi Sudan (46%) olacaq. Suriyaya yardım 55%, Əfqanıstana isə 39% azalacaq.