Menyu

Nəsimi rayonunda evlərdən oğurluq edən şəxslər saxlanılıblar

Operativ Media
Nəsimi rayonunda evlərdən oğurluq edən şəxslər saxlanılıblar

Nəsimi rayonu ərazisində evlərin birindən 3000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Operativ Media xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Hadisəni törətməkdə şübhəli bilinən 46 yaşlı A.Axundov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, o, oğurluğu usta kimi işlədiyi mənzildə ev sahiblərinin olmamasından sui-istifadə edərək törədib.

Rayon ərazisində baş verən digər hadisə zamanı isə sakinlərdən birinin evindən pul vəsaiti və məişət əşyaları oğurlanıb. Hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 36 yaşlı C.Kərimov da müəyyən olunaraq saxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər