Kənd təsərrüfatı məhsulu istehsalında artım qeydə alınıb
Operativ Media
2026-cı ilin yanvar-iyul aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsulu istehsalı 2,8 faiz artıb.
Operativ Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Yanvar-iyun dövründəki 2,2 faizlik göstərici iyul ayının sonuna 2,8 faizə yüksəlib və bunu bitkiçilik təmin edib. Bu sahədə artım 1,8 faizdən 3,2 faizə çatıb.
Bu ilin yanvar-iyul aylarında ölkədə faktiki qiymətlərlə 8 797,2 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib.
Heyvandarlıq məhsullarının istehsalı 2,4 faiz, bitkiçilik məhsullarının istehsalı isə 3,2 faiz çoxalıb. Məhsulun 50,6 faizi bitkiçiliyin, 49,4 faizi heyvandarlığın payına düşür.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net