Menyu

Toxumçuluq sahəsində yeni qaydalar müəyyənləşib

Operativ Media
Toxumçuluq sahəsində yeni qaydalar müəyyənləşib
1 dəq oxu

Prezident İlham Əliyev “Seleksiya nailiyyətləri haqqında”, “Dövlət rüsumu haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Texniki tənzimləmə haqqında” qanunlara dəyişiklikləri təsdiqləyib.

Operativ Media xəbər verir ki, dəyişikliyə əsasən, seleksiya nailiyyətləri, qeydiyyata alınmış toxum əməliyyatçıları və toxumluq əkinlər haqqında məlumatlar vahid elektron Reyestrdə toplanacaq.

Eyni zamanda, informasiya sistemindən çıxarışın verilməsinə görə 50 manat, dublikatına görə 10 manat, toxumların keyfiyyət sertifikatına görə isə 25 manat dövlət rüsumu müəyyən edilib. Toxum əməliyyatçılarının qeydiyyatı ilə bağlı çıxarış sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısına əlavə olunub.

Əlaqəli Xəbərlər