ƏƏSMN: Yanvar-iyul aylarında 103 min nəfər işlə təmin edilib
Operativ Media
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyi bu ilin yanvar-iyul aylarında 234 min şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib.
Operativ Media xəbər verir ki, bu barədə ƏƏSMN məlumat verib.
Bildirilib ki, onlardan 103 min şəxs münasib işlərlə təmin olunub, 973 şəxs kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib.
10,3 min şəxs üçün peşə hazırlığı kursları təşkil olunub, 119,7 min şəxsə isə peşəyönümü xidmətlər göstərilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net