Menyu

"Tottenhem"in müdafiəçisi karyerasını İtaliyada davam etdirəcək

Operativ Media
"Tottenhem"in müdafiəçisi karyerasını İtaliyada davam etdirəcək

İngiltərənin "Tottenhem" klubunun futbolçusu Cedad Spens transfer məsələlərini yekunlaşdırmaq məqsədilə İtaliyaya yollanıb və Milan hava limanında jurnaltistlərin suallarını cavablandırarkən "İrəli, "İnter"" ifadəsini işlədib.

​Operativ Media xəbər verir ki, Sky Sport Italy və ESPN-in yaydığı məlumata əsasən, 26 yaşlı cinah müdafiəçisi milanlılarla 5 illik müqavilə imzalayacaq və bu keçid qarşı tərəfə təxminən 31 milyon avroya başa gələcək.

​London təmsilçisi ilə sözləşməsi 2029-cu ilin iyun ayının 30-dək nəzərdə tutulan oyunçu cari mövsüm ərzində çıxış etdiyi 44 matçda məhsuldar ötürmə və ya qolla yadda qalmayıb. "Transfermarkt" portalı İngiltərə millisinin üzvünün bazar dəyərini 40 milyon avro qiymətləndirir. Qeyd edək ki, bu transfer futbolçu üçün İtaliya çempionatındakı ikinci təcrübə olacaq; o, 2024-cü ildə altı aylıq "Cenoa"da icarə əsasında çıxış edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər