İlin ilk yarısında 341 min hektardan çox əkin sahəsi sığortalanıb
2026-cı ilin ilk 6 ayında ölkə üzrə 341 min hektardan artıq əkin sahəsi və 3 min 300-dən artıq kənd təsərrüfatı heyvanı sığortalanıb.
Operativ Media xəbər verir ki, Aqrar Sığorta Fondunun məlumatlarına əsasən, hesabat dövründə ölkə üzrə əkin sahələrinin sığortalanması ilə bağlı 54 min 829 sığorta müqaviləsi bağlanılıb.
Sığortalanan əkin sahələrinin böyük hissəsi arpa (167 min hektar), buğda (148 min hektar) və qarğıdalının (11 min hektar) payına düşür. Aqrar Sığorta Fondu tərəfindən sığortalanmış əkin sahələri üzrə 11 milyon 941 min manat sığorta haqqı toplanıb, sığorta təminatının məbləği isə 458 milyon manatdan artıq olub.
İlin birinci yarısında ölkə üzrə 3 min 344 baş kənd təsərrüfatı heyvanı sığortalanıb. Bu müqavilələr üzrə 4 milyon 349 min manat sığorta haqqı toplanıb və təsərrüfatlara 24,1 milyon manat məbləğində sığorta təminatı verilib.
Ümumilikdə, ilin ilk yarısında təsərrüfatların sığortalanması üzrə 16 milyon 291 min manat sığorta haqqı toplanıb, ümumi sığorta təminatı isə 482,4 milyon manat təşkil edib.