Menyu

"Neftçi" Azərbaycan millisinin basketbolçusu ilə gücləndi

Operativ Media
"Neftçi" Azərbaycan millisinin basketbolçusu ilə gücləndi
1 dəq oxu

Yeni mövsümün hazırlığını davam etdirən "Neftçi" basketbol komandası heyətinə daha bir oyunçu qatıb.

Bu barədə Operativ Media-ya paytaxt təmsilçisindən məlumat verilib.

Komanda Azərbaycan millisinin üzvü Ulaş Can Turğut ilə anlaşıb. Onunla mövsümün sonunadək müqavilə imzalanıb.

23 yaşlı hücumçu 2024-cü ildə məhz "Neftçi"nin heyətində Azərbaycan Kubokunun qalibi olub. Ulaş Can Turğut son mövsümdə "Gəncə"də çıxış edib.

Əlaqəli Xəbərlər