Menyu

Murad Məmmədov: Əlimizdən gələn hər şeyi etdik

Operativ Media
Murad Məmmədov: Əlimizdən gələn hər şeyi etdik

Azərbaycanlı futbolçu Murad Məmmədov Kiprin “Pafos” klubunda ilk qolunu vurmasına münasibət bildirib.

Operativ Media xəbər verir ki, 20 yaşlı vinger bu barədə instaqram hesabında paylaşım edib.

UEFA Avropa Liqasının III təsnifat mərhələsinin Avstriyanın “Zaltsburq” komandasına qarşı keçirilən cavab oyununda fərqlənən M.Məmmədov bunları yazıb:

“Hər şeydən əvvəl Allaha təşəkkür edirəm. Bizə dəstək olan hər kəsə minnətdaram. Bir ailə kimi əlimizdən gələn hər şeyi etdik. Amma yolumuza davam edəcəyik. İrəli, “Pafos”.

Xatırladaq ki, matç 3:3 hesabı ilə yekunlaşıb. “Pafos”un sonuncu qoluna Murad Məmmədov imza atıb. Səfərdə 0:1 hesabı ilə uduzan Kipr komandası UEFA Avropa Liqası ilə vidalaşıb və Konfrans Liqasında çıxış edəcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər