Menyu

"Qarabağ"ın "Tvente" ilə oyunlarının hakim təyinatları açıqlandı

Operativ Media
"Qarabağ"ın "Tvente" ilə oyunlarının hakim təyinatları açıqlandı

"Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsində "Tvente" ilə keçirəcəyi oyunlara hakim təyinatları açıqlanıb.

Operativ Media UEFA-nın saytına istinadən xəbər verir ki, Niderlandda oynanılacaq ilk matç Albaniyadan olan hakimlər briqadasına tapşırılıb.

Referi Cuxin Cacaya Rejdi Avdo və Mario Shazivari köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Emanuela Rusta yerinə yetirəcək. VAR Canluka Aurelianoya, AVAR isə Albert Dodaya etibar edilib.

Bakdakı cavab görüşündə Norveçli hakimlər iş başında olacaqlar. Referi Rohit Saqqiyə həmyerliləri Anders Olav Dale və Ole Andreas Haukasen kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Marius Hansen Qrotta yerinə yetirəcək. VAR-da Kristoffer Haqenes, AVAR-da avstriyalı Alan Kijas əyləşəcəklər.

Xatırladaq ki, "Qarabağ"la "Tvente" arasında ilk matç avqustun 20-də, cavab görüşü isə avqustun 27-də keçiriləcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər