Menyu

Maliyyə Nazirliyi nəticəəsaslı büdcənin 2025-ci il üzrə monitorinq nəticələrini açıqlayıb

Operativ Media
Maliyyə Nazirliyi nəticəəsaslı büdcənin 2025-ci il üzrə monitorinq nəticələrini açıqlayıb

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən nəticəəsaslı büdcə mexanizminin tətbiqi islahatlarına cəlb olunan sektorlar üzrə icmallaşdırılmış büdcə planlarının 2025-ci il üzrə icrasına dair monitorinqin nəticələri açıqlanıb.

Operativ Media Nazirliyə istinadən xəbər verir ki, monitorinq nəticələri nəticəəsaslı büdcə mexanizminin tətbiqi islahatlarına cəlb olunan “Təhsil”, “Kənd təsərrüfatı” və “Ətraf mühitin mühafizəsi” sektorlarını əhatə edir. Monitorinq çərçivəsində qeyd olunan sektorlar üzrə strateji hədəflərin və nəticə göstəricilərinin icra dinamikası, eləcə də ayrılmış büdcə vəsaitləri və nəticə göstəriciləri arasındakı korrelyasiya təhlil edilib, habelə aparılmış təhlillərin nəticələrindən irəli gələn metodoloji tövsiyələr, reytinq və digər məsələlər sənəddə əks etdirilib.

Sənəd Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 235 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”na və “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi layihəsinin hazırlanması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 30 yanvar tarixli 71s nömrəli Sərəncamına əsasən hazırlanaraq dərc olunur.

Monitorinqin nəticələri ilə bu linkdə tanış ola bilərsiniz.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər