Menyu

Rodri “Mançester Siti”dən ayrılır – yeni klubu bəlli oldu

Operativ Media
Rodri “Mançester Siti”dən ayrılır – yeni klubu bəlli oldu

​"Mançester Siti"nin yarımmüdafiəçisi Rodri karyerasını eyniadlı İspaniya klubunda davam etdirmək üçün avqustun 17-si bazar ertəsi günü Barselona şəhərinə yola düşmək üçün icazə alıb.

​Operativ Media xəbər verir ki, bu barədə tanınmış insayder Fabrizio Romano məlumat yayıb.

30 yaşlı ispaniyalı futbolçunun tibbi müayinədən keçəcəyini və cari həftə ərzində 2030-cu ilədək nəzərdə tutulan dörddillik müqavilə imzalayacağını bildirib.

​Müqavilənin maliyyə şərtlərinə əsasən, transfer məbləği 60 milyon avro sabit ödəniş və 16 milyon avro bonus təşkil edəcək.

​Qeyd edək ki, 2019-cu ilin iyulundan "Mançester Siti"nin şərəfini qoruyan yarımmüdafiəçinin mövcud sözləşməsi 2027-ci il iyunun 30-dək qüvvədə idi. O, 2025/2026 mövsümündə komandanın heyətində çıxış etdiyi 33 matçda 2 dəfə fərqlənib. "Transfermarkt" portalı oyunçunun transfer dəyərini 55 milyon avro qiymətləndirir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər