Menyu

Goranboyda yük avtomobili qəza edib

Operativ Media
Goranboyda yük avtomobili qəza edib
1 dəq oxu
Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Operativ Media APA-ya istinadən xəbər verir ki, Türkiyə vətəndaşı, 1969-cu il təvəllüdlü S.Hakyemezin idarə etdiyi "Iveco" markalı iritonnajlı yük avtomobili magistral yolun dəmir arakəsməsinə dəyib.

Qəza zamanı xəsarət alan olmasa da, avtomobilə və yol təsərrüfatına ciddi ziyan dəyib.

Yük avtomobilinin yük yerində olan dəmirlər yola dağılıb, bundan başqa avtomobildən bir tona yaxın yanacaq yola tökülüb.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib, yolda dağılan yanacaq yuyulub.

Faktla bağlı araşdırma aparılır.

Əlaqəli Xəbərlər