Rodri “Mançester Siti”dən ayrılır – yeni klubu bəlli oldu
"Mançester Siti"nin yarımmüdafiəçisi Rodri karyerasını eyniadlı İspaniya klubunda davam etdirmək üçün avqustun 17-si bazar ertəsi günü Barselona şəhərinə yola düşmək üçün icazə alıb.
Operativ Media xəbər verir ki, bu barədə tanınmış insayder Fabrizio Romano məlumat yayıb.
30 yaşlı ispaniyalı futbolçunun tibbi müayinədən keçəcəyini və cari həftə ərzində 2030-cu ilədək nəzərdə tutulan dörddillik müqavilə imzalayacağını bildirib.
Müqavilənin maliyyə şərtlərinə əsasən, transfer məbləği 60 milyon avro sabit ödəniş və 16 milyon avro bonus təşkil edəcək.
Qeyd edək ki, 2019-cu ilin iyulundan "Mançester Siti"nin şərəfini qoruyan yarımmüdafiəçinin mövcud sözləşməsi 2027-ci il iyunun 30-dək qüvvədə idi. O, 2025/2026 mövsümündə komandanın heyətində çıxış etdiyi 33 matçda 2 dəfə fərqlənib. "Transfermarkt" portalı oyunçunun transfer dəyərini 55 milyon avro qiymətləndirir.