Menyu

Özbəkistanda 10 min müəssisəyə süni intellekt dəstəyi veriləcək

Operativ Media
Özbəkistanda 10 min müəssisəyə süni intellekt dəstəyi veriləcək

Özbəkistanda özəl sektorda süni intellektin tətbiqini sürətləndirmək üçün 100 milyon dollar həcmində yeni dövlət proqramı başladılır. 

Operativ Media xarici KİV-ə istinadən xəbər verir ki, bu addım yerli məhsulların keyfiyyətini artırmaq və istehsal xərclərini azaltmaq məqsədi daşıyır. 

İlkin təhlillər göstərir ki, süni intellektə keçən şirkətlərin yarısından çoxunda məhsullara tələbat artıb, hər dörd müəssisədən birində maya dəyəri aşağı düşüb, gəlirləri artan şirkətlər isə işçilərin maşlarını qaldıra bilib.

Proqram çərçivəsində öz süni intellekt modelini yaradan sahibkarlara dövlətin superkompüter mərkəzindən pulsuz istifadə imkanı veriləcək. 

Bununla yanaşı, idarəetmənin avtomatlaşdırılması üçün nəzərdə tutulan güzəştlər toxuculuqla yanaşı qida, elektrotexnika və tikinti materialları sahəsində fəaliyyət göstərən şirkətlərə də şamil olunacaq.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər