Nigeriyalı hücumçu "Qarabağ" üçün Bakıya gəldi
"Qarabağ" heyətinə yeni hücumçu cəlb edib.
Operativ Media xəbər verir ki, Nigeriyanın "Maylantarki Ker" klubunun futbolçusu Viktor Ani Çidioke Bakıya gəlib.
18 yaşlı forvard Ağdam təmsilçisində bir müddət baxışda olacaq. Gənc futbolçu özünü yaxşı tərəfdən göstərəcəyi halda, onunla müqavilə imzalanacaq.
Çidiokeni Azərbaycanda müşayiət edən "Maylantarki Ker"in direktoru Adamu Usman Ahmed transferin reallaşacağına çox inandığını bildirib:
"Qarabağ"ın idman direktoru Viktorun daxili və beynəlxalq matçlardakı performansını izlədikdən sonra hündürboylu (187 sm - red.) hücumçunu bəyənib. Bu transfer Çidiokenin Avropadakı parlaq peşəkar karyerasına start verəcək. O, rəqib qapısı qarşısında inanılmaz dərəcədə konsentrasiyalı və öldürücü dəqiqliyə malik olan forvarddır. Viktorun boyunu və fiziki gücünü də nəzərə alsaq, o, "Maylantarki Ker"in ən uğurlu yetirmələrindən biri olacaq".
dəqiqələr içində saytın olsun.