Menyu

Paytaxtda oğurluq edən şəxslər saxlanılıblar

Operativ Media
Paytaxtda oğurluq edən şəxslər saxlanılıblar
1 dəq oxu

Paytaxtın Nəsimi rayonu ərazisində yerləşən kafelərdən birində müştərinin mobil telefonu oğurlanıb.

Operativ Media xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş A.Şahbazov müəyyən olunaraq saxlanılıb.

Yasamal rayonunda isə mehmanxanalardan birindən mobil telefon oğurlayan və ictimai nəqliyyatda cibgirlik etməkdə şübhəli biliən S.Hüseynov, həmçinin E.Məmmədov saxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Əlaqəli Xəbərlər