Menyu

Bir şagirdin məktəb hazırlığı neçəyə başa gəlir? - VİDEO

Operativ Media
Bir şagirdin məktəb hazırlığı neçəyə başa gəlir? - VİDEO

Yeni tədris ilinin başlamasına artıq bir aydan da az vaxt qalıb. Valideynlər artıq övladlarını məktəbə hazırlamaq üçün alış-verişə başlayıblar.

Bəs bir şagirdin məktəb bazarlığı orta hesabla neçəyə başa gəlir?

Operativ Media “ATV xəbər”ə istinadən xəbər verir ki, məktəbli ləvazimatlarının qiyməti məhsulun keyfiyyətindən və istehsalçı markasından asılı olaraq dəyişir:

"Hazırda mağazalarda çantaları 15-70 manat, dəftərləri 20 qəpik-1 manat, qələmləri 6 qəpik-2 manat, pozanları 20 qəpik-1 manat, xətkeşləri isə 70 qəpik-1 manat 50 qəpik arasında almaq mümkündür.

Satıcıların sözlərinə görə, bəzi məhsulların qiymətində ötən illə müqayisədə azalma da müşahidə olunur.

Valideynlər isə qiymətlərin ötən il ilə müqayisədə baha olduğunu bildirirlər.

"ATV Xəbər"in araşdırmasına görə, dəftər-qələmdən məktəb çantası və məktəbli formasına qədər əsas xərcləri topladıqda, bir şagirdin məktəb bazarlığı orta hesabla 100-200 manat arasında dəyişir. Təbii ki, yekun məbləğ valideynin seçimindən, məhsulların keyfiyyətindən və büdcəsindən asılıdır.

Ətraflı videoda:

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər