"Arsenal" "Yuventus"un türkiyəli hücumçusunu istəyir
Operativ Media
İngiltərənin "Arsenal" klubu "Yuventus"un futbolçusu Kenan Yıldızı heyətinə qatmaq üçün transfer danışıqlarına başlamğa hazırlaşır.
Operativ Media xəbər verir ki, London təmsilçisinin baş məşqçisi Mikel Arteta 21 yaşlı türkiyəli yarımmüdafiəçini komandasında görməkdə maraqlıdır və bu keçidin reallaşması üçün yaxın günlərdə rəsmi təklif hazırlanacaq. Jurnalist Saşa Tavolyeri "X" sosial şəbəkəsindəki səhifəsində iddia edib ki, transfer məbləği təxminən 100 milyon avro təşkil edə bilər.
Qeyd edək ki, gənc oyunçu ötən mövsüm ərzində bütün yarışlarda ümumilikdə 47 qarşılaşmada meydana çıxıb. Bu matçlarda o, rəqib qapılarına 11 dəfə yol tapıb və komnda yoldaşlarına 10 məhsuldar ötürmə edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net