Menyu

Vəkil Altay Mustafayev ABŞ-də hüquq doktoru almış ilk azərbaycanlı olub

Operativ Media
Vəkil Altay Mustafayev ABŞ-də hüquq doktoru almış ilk azərbaycanlı olub

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Altay Mustafayev ABŞ-də hüquq elmləri doktoru (SJD) elmi dərəcəsi əldə edib.

Operativ Media xəbər verir ki, o, bu yaxınlarda ABŞ-nin tanınmış ali təhsil müəssisələrindən biri olan İndiana Universitetinin Maurer Hüquq Məktəbində “Judicial Discretion in Common Law and Civil Law: A Comparative Legal and Institutional Analysis through Elinor Ostrom’s IAD Framework” mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə edib.

Bununla da Altay Mustafayev ABŞ-də hüquq doktoru (SJD) dərəcəsi almış ilk azərbaycanlı olub.

Dissertasiya işində məhkəmə diskresiyasının ümumi hüquq (common law, anqlo-sakson hüquq sistemi) və kontinental (roman-german) hüquq sistemlərində formalaşması və tətbiqi müqayisəli hüquqi və institusional aspektdən araşdırılıb. Tədqiqatda Nobel mükafatı laureatı Elinor Ostromun İnstitusional Təhlil və İnkişaf çərçivəsindən istifadə olunaraq məhkəmə diskresiyasının hüquqi və institusional əsasları təhlil edilib.  

Qeyd edək ki, hüquq doktoru hüquq sahəsində ən yüksək akademik dərəcələrdən biri hesab olunur.

Onu da bildirək ki, Altay Mustafayev ABŞ-nin Nyu-York Vəkillər Kollegiyasının üzvüdür.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər