Menyu

Sabiq dünya çempionu Aşqabadda şahmatsevərlərlə görüşüb

Operativ Media
Sabiq dünya çempionu Aşqabadda şahmatsevərlərlə görüşüb
1 dəq oxu

Azərbaycan Şahmat Federasiyasının baş katibi və yeniyetmələr arasında sabiq dünya çempionu İlahə Qədimova Türkmənistanın paytaxtı Aşqabadda şahmatsevərlərlə görüşüb.

​Operativ Media xəbər verir ki, tədbir çərçivəsində tanınmış qrossmeyster iştirakçılara öz şəxsi təcrübəsini ötürüb, həmçinin debüt hazırlığının incəlikləri və yarış zamanı tətbiq olunan psixoloji taktika barədə ətraflı məlumat verib.

​İlahə Qədimova qeyd edib ki, bu cür təşəbbüslər gələcəkdə beynəlxalq səviyyəli yeni çempionların yetişdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Fotogalereya

Əlaqəli Xəbərlər