Ürək xəstəliklərindən necə qorunmalı? – Həkim danışır
Ürək-damar sistemi orqanizmin əsas sistemlərindən biridir və son zamanlar bu xəstəliklərin artdığını müşahidə edirik.
Bu sözləri Operativ Media-ya açıqlamasında kardioloaq Rahilə İsmayılova deyib.
O bildirib ki, ilk növbədə profilaktikaya diqqət yetirmək lazımdır Yəni orqanizmdə bu xəstəliklərin yaranmaması üçün bir sıra qaydalara riayət etmək vacibdir. Əvvəla, stressdən mümkün qədər uzaq durmalı və düzgün qidalanma rejiminə əməl etməliyik:
“Stressdən tamamilə qaçmaq, əlbəttə, çox çətindir. İnsan özündə olan zərərli vərdişlərdən və hipodinamiyadan, yəni hərəkətsizlikdən nə qədər uzaq dursa, ürək xəstəliklərinin yaranma riski də bir o qədər azalır.
Ən vacib məsələlərdən biri qida rejiminə diqqət yetirməkdir. Yağlı və duzlu qidalardan mümkün qədər uzaq durmaq lazımdır. Gözəl bir deyim var: “Ac olmadan süfrəyə oturmaq, tam doymadan süfrədən qalxmaq”. Bu prinsipə riayət etmək sağlamlıq baxımından olduqca əhəmiyyətlidir.
Bundan əlavə, profilaktik məqsədlə insanların ildə ən azı bir dəfə tibbi müayinədən keçməsi vacibdir. Vaxtında aparılan müayinələr ürək-damar xəstəliklərinin erkən aşkarlanmasına və onların qarşısının alınmasına imkan verir.
İnsanların bir-birinə qarşı qayğıkeş olması, diqqət göstərməsi və çətin anlarda bir-birinə dəstək verməsi də mühüm rol oynayır. Sağlam psixoloji mühit insanın ümumi sağlamlığına müsbət təsir göstərir.
Çəki məsələsinə də xüsusi diqqət yetirmək lazımdır. Artıq çəki metabolik proseslərə mənfi təsir göstərir və bu da ürək-damar xəstəliklərinin yaranmasında mühüm risk faktorlarından biridir.
Ona görə də düzgün qidalanma, fiziki aktivlik, zərərli vərdişlərdən uzaq durmaq, çəkiyə nəzarət etmək və mütəmadi tibbi müayinələrdən keçmək ürək-damar xəstəliklərinin profilaktikasında əsas amillərdir”.
dəqiqələr içində saytın olsun.