Makron Fransanın keçmiş Baş nazirini 10 il müddətinə orden və mükafatlardan məhrum edib
Fransa Prezidenti Emmanuel Makron keçmiş Baş nazir Fransua Fiyonu 10 il müddətinə Fəxri Legion ordeninin Böyük zabiti hüquq və imtiyazlarından məhrum edib.
Operativ Media xəbər verir ki, bu barədə Fransanın rəsmi qəzeti “Journal Officiel”də dərc olunan fərmanda bildirilib.
Fərmana əsasən, Fransua Fiyon 19 avqust 2026-cı il tarixli qərarın elan edildiyi gündən etibarən 10 il müddətinə Fəxri Legion ordeninin Böyük zabiti hüquq və imtiyazlarından istifadə edə bilməyəcək.
Eyni müddət ərzində ona Fəxri Legion Böyük Dəftərxanasının yurisdiksiyasına daxil olan Fransa və ya xarici dövlətlərə məxsus mükafatların nişanlarını daşımaq da qadağan edilib.
Bundan əlavə, Fiyon 10 il müddətinə “Xidmətlərə görə” Milli Ordeninin ən yüksək dərəcəsi olan “Böyük Xaç Kavaleri” rütbəsinin hüquq və imtiyazlarından da məhrum edilib.
Fransua Fiyon 2025-ci ildə dörd il müddətinə azadlıqdan məhrum edilib.
dəqiqələr içində saytın olsun.