Menyu

Qobustanda çirkab suları Xəzər dənizinə axıdılır - VİDEO

Nicat Hüseynli
Qobustanda çirkab suları Xəzər dənizinə axıdılır - VİDEO

Qaradağ rayonunun Qobustan qəsəbəsi, massiv 4-də kanalizasiya xəttinin olmaması sakinlər üçün ciddi problem yaradıb.

Operativ Media “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, sakinlərin sözlərinə görə, çirkab suları qəsəbənin ortasından keçərək Xəzər dənizinə tökülür. 

Məlumata görə, ərazidə əvvəllər çirkab suların toplanması və ötürülməsi üçün qurğu olub. Lakin həmin sistemin sıradan çıxmasından sonra kanalizasiya suları ərazidən keçən kanala yönələrək Xəzər dənizinə axmağa başlayıb.

Sakinlər bunun ərazidə antisanitar vəziyyət yaratdığını, üfunət qoxusunun yayıldığını və ağcaqanadların çoxaldığını bildiriblər. Onların sözlərinə görə, xüsusilə axşam saatlarında ərazidə vəziyyət daha da çətinləşir.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, qeyd olunan ünvanda qurumun tullantı su şəbəkəsi mövcud deyil. Sakinlərin çirkab sularını ərazidən keçən kanala qanunsuz şəkildə yönləndirdiyi qeyd olunub.

Qurumdan bildirilib ki, yaşayış məntəqələrində tullantı su şəbəkələrinin tikintisi tədbirlər planına uyğun olaraq mərhələli şəkildə həyata keçirilir.

Qaradağ Rayon İcra Hakimiyyətindən isə qeyd olunub ki, problemin uzunmüddətli və əsaslı həlli mərkəzləşdirilmiş kanalizasiya infrastrukturunun yaradılmasıdır. Bildirilib ki, bu istiqamətdə tədbirlər dövlət proqramı səviyyəsində artıq müəyyən edilib.

Ətraflı videoda:

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər