Menyu

Baş Nazir: Azərbaycan özünün bütün öhdəliklərini yerinə yetirir

Nərmin Qocamanlı
Baş Nazir:  Azərbaycan özünün bütün öhdəliklərini yerinə yetirir

MDB Hökumət Başçıları Şurasının Astanada keçirilən iclasında Baş nazir Əli Əsədov Birinci Qarabağ müharibəsinin gedişində Ermənistanın törətdiyi cinayətlərə diqqəti cəlb edib. 

"Operativ Media" xəbər verir ki, Baş nazir Əli Əsədov deyib ki, Birinci Qarabağ müharibəsində erməni hərbi qulluqçular təkcə azərbaycanlı hərbi qulluqçulara deyil, dinc sakinlərə də misli görünməmiş divan tutublar.

“1992-ci il fevralın 26-na keçən gecə Xocalıda 613 dinc sakin vəhşicəsinə qətlə yetirilib. Dörd minə yaxın azərbaycanlının taleyi barədə bu günə qədər heç bir məlumat təqdim edilməyib. İşğaldan sonra biz həm hərbi qulluqçuların, həm də dinc əhalinin kütləvi məzarlıqlarını aşkar edirik”, -Baş nazir vurğulayıb. 

Əli Əsədov bir daha bəyan edib ki, Azərbaycan özünün bütün öhdəliklərini yerinə yetirib, yerinə yetirir və yerinə yetirəcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər