Maştağada qadın evinə qonaq getdiyi şəxsi bıçaqlayıb
Nərmin Qocamanlı
Bakıda qadın evinə qonaq getdiyi kişini bıçaqlayıb.
"Operativ Media" xəbər verir ki, hadisə noyabrın 2-si saat 2 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydə alınıb.
Belə ki, 1974-cü il təvəllüdlü Bukitayeva Yelena İvanovna evinə qonaq getdiyi tanışı, 1973-cü il təvəllüdlü Hacıyev Xəzər Rafi oğlu ilə mübahisə edib. Nəticədə o, X.Hacıyevin qarın nahiyəsindən bir dəfə bıçaq zərbəsi endirib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Y.Bukitayeva isə şübhəli şəxs qismində saxlanılıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net