Lavrov və Ceyhun Bayramov arasında telefon danışığı baş tutub
Əziz Əzizli
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.
"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
Məlumata görə, XİN rəhbərləri ikitərəfli münasibətlərin aktual məsələlərini, regional və beynəlxalq gündəliyi müzakirə ediblər.
2020-2022-ci illərə aid ən yüksək səviyyədə üçtərəfli sazişlər toplusu əsasında Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması, o cümlədən sülh müqaviləsinin hazırlanması, nəqliyyat kommunikasiyalarının açılması və Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üçün səylərin artırılmasının zəruriliyi vurğulanıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net